Sizin reklam burada
Sizin reklam burada

Nazir tərs asılmış bayrağımızı düzəltdi - Video

Nazir tərs asılmış bayrağımızı düzəltdi - VideoBu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.
“Yeni Sabah” baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb.

Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib.

Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb.

Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

Xatırladaq ki, Azərbaycan bayrağının tərs asılması halı dəfələrlə baş verib. Lakin bu ilk belə haldır ki, tədbirlərdə iştirak edən rəsmi şəxslər onun tərs asıldığını hiss edir və düzəldir.

  • Sosial şəbəkədə paylaş