Sizin reklam burada
Sizin reklam burada

Yeni sözlərimiz: “adapter” - yükləyici, “razetka” - yuvacıq, “udlinitel” - uzadıcı

Yeni sözlərimiz: “adapter” - yükləyici, “razetka” - yuvacıq, “udlinitel” - uzadıcıAzərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.

Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:

“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.

Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.

Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.

  • Sosial şəbəkədə paylaş