Sizin reklam burada
Sizin reklam burada

Mübariz Azərbaycanlı - Tehran “qırmızı xətti”nin üstündən “qara xətt” çəkməlidir

Mübariz Azərbaycanlı - Tehran “qırmızı xətti”nin üstündən “qara xətt” çəkməlidir
XIX əsrin fransız səyyahı qraf Arman Pyer de Şöylenin ermənilər haqqında söylədiyi - “Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”, ifadəsini şübhəsiz ki, çoxları oxuyub.
Əlbəttə, Azərbaycan Prezidentinin bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Qarabağ iqtisadi zonasındakı erməni silahlıların çıxarılmasına dair çıxışı, ardınca Azərbaycan və Ermənistan baş diplomatlarının Tiflisdəki görüşündən sonra, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan Silahlı Qüvvələrinin sentyabradək Qarabağdan çıxarılacağı barədə nala-mıxa vuran müsahibə verməsi, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki indiyədək rəsmi İrəvan dəfələrlə məlum üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırıb və bu “qaçma” elə indi də davam etməkdədir.
Baxın, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Eduard Ağacanyanın “Ermənistan Zəngəzur dəhlizi məsələsini müzakirə etməkdən imtina edir və əvvəldən bundan imtina edib”, deməsi və üstəlik bu məsələdə utanmadan Azərbaycan tərəfini konstruktiv müzakirələrə töhfə verməməkdə günahlandırması, ermənilərlə bundan sonra da “dil tapmağın” mümkün olmayacağını təsdiqləyir.
Bu arada, İranın, xüsusilə bu ölkənin ali dini lideri Seyid Əli Xameninin Zəngəzur dəhlizinə qarşı ardıcıl təhdid dolu - “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək” kimi, “mözüələri” də Ermənistan tərəfini şübhəsiz ki, ruhlandırır. Əslində İranın Azərbaycana qarşı təcavüzkar mövqedə olan Ermənistana ruh verməsi heç də təəccübli deyil. Məgər, elə ötən ilin yanvarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Cənubi Qafqaz səfəri çərçivəsində İrəvanda “Ermənistanın ərazi bütövlüyü Tehran üçün “qırmızı xətdir””, deyə “mollalıq” etməmişdimi? “Qırmızı xət”t demişkən, Rəcəb Tayib Ərdoğanın bu günlərdə “Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim “qırmızı xətt”imiz Azərbaycan idi” deməsi məgər, Zərifin “qırmızı xətti”ndən daha qalın və düz görünmürmü? Odur ki, Tehran öz “qırmızı xətti”nin üstündən bir böyük “qara xətt” çəkməlidir. Çünki Azərbaycan heç vaxt Ermənistan ərazisinə iddia etməyib, əksinə, onun məqsədi öz ərazisindəki separatçı-terrorçu erməni quldurlarını boy sırası ilə bir xətt üzrə düzüb qovub çıxarmaqdır.
O separatçı-terrorçu quldurlar ki, Armen Qriqoryan Ermənistan Silahlı Qüvvələrinin sentyabradək Qarabağdan çıxarılacağı barədə məlumat verdikdən sonra, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “Artsaxın müdafiə ordusu əvvəllər olduğu kimi Dağlıq Qarabağın təhlükəsizliyini Rusiya sülhməramlı kontingenti ilə yanaşı təmin edəcək”, deyə öz aləmində bir növ Azərbaycanı Rusiya ilə qorxutduğunu zənn etdi.
Bəlkə də elə bu üzdəndir ki, ermənilər ötən gün ikisi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində, yeddisi isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlılarının” əlində bəslənən separatçı-terrorçu quldurlar tərəfindən ümumilikdə doqquz dəfə olmaqla Ordumumuzun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutdular.
Ancaq ermənilər rusiyalı “məramı sülhlərin” arxasından başlarını çıxarıb nə qədər “xoruzlansalar” da, Bakının Qarabağla bağlı qəti mövqeyinin üçtərəfli məlum bəyannaməyə əsaslandığını çox yaxşı qanırlar. Bəlkə də elə bu üzdəndir ki, dünənki atışmadan sonra Eduard Ağacanyan tez “Ermənistan və Azərbaycan rəsmiləri iki ölkə liderlərinin görüşünün keçirilməsi haqqında danışıqlar aparır. Bu artıq dəqiqdir. Amma konkret vaxtı deyə bilmərəm”, deyə hürkə-hürkə tez xəbər yaydı. Üstəlik Türkiyə mətbuatının məlumatına görə, Putinin dəvətilə Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə görüşü olacaq. Doğrudur, məlumatda iki ölkə Prezidentlərinin taxıl dəhlizi, Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsilə bağlı müzakirələr aparılacağı bildirilsə də, Ərdoğanın yuxarıda qeyd etdiyimiz “qırmızı xətti”ndən söz açacağı da vazkeçilməzdir. Çünki İran mollaları səhər-axşam nə qədər möuzə oxusa da, ermənilər nə qədər nala-mıxa vursa da, Zəngəzur dəhlizi Türkiyə və Rusiya arasında rəngindən asılı olmayaraq olduqca lazımlı xətdir.
Pyer de Şöylenin söylədiyi ermənilərin hiyləgərliyinə, murdarlığına, riyakarlığına və əclaflıqlarına gəlincə isə fransız xalqı müasir dövrdə ermənilərlə nə qədər “bacılıq” etsələr də, onların əsl kimliyini Azərbaycan xalqından yaxşı dünyada heç bir xalq bilə bilməz. Ermənilərlə dil tapmağın isə yalnız bir yolu var: o da ki, “antihay” əməliyyatı!

Conflict.az

  • Sosial şəbəkədə paylaş