Mayın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi
“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili ” layihəsinin yekun dəyərləndirmə dəyirmi masası keçirildi.
Layihənin başlanması, gedişi və yekunlaşması haqqında dəyirmi masa iştirakçlarına ətraflı məlumat verən layihənin rəhbəri Pərvanə Talıbova çıxışında bildirmişdir ki, layihə rəhbəri, əlaqələndirici və məsləhətçi-ekspert daxil olmaqla 3 nəfərdən ibarət İşçi qrupu yaradılmış, qrup arasında fəaliyyət funksiyaları müəyyənləşdirilmişdi. Layihə ilə bağlı Zəngilan şəhər Təhsil şöbəsinə rəsmi müraciət göndərilib, müxtəlif saytlarda məlumatlar yerləşdirilmişdi. Müraciətin nəticəsi olaraq layihənin həyata keçiriləcəyi 2 pilot məktəb və könüllülər müəyyənləşdirilib. Həmin pilot məktəblər müvəqqəti olaraq Bakı şəhərində yerləşən Zəngilan rayon 33 nömrəli və 4 nömrəli məktəblər olub. Hər iki məktəbin rəhbərliyi layihənin həyata keçirilməsində yaxından iştirak edib. Bu günkü Yekun Dəyirmi Masa İctimaiyyətin layihəmizin necə həyata keçirilməsi və nəticələri haqqında məlumatlandırılması üçündür. Layihəyə başlayarkən qarşımızda duran əsas məsələləri həll etmişik.
Sosioloji sorğu əsasında Bakı şəhərində yerləşən Zəngilan rayon 33 nömrəli və 4 nömrəli tam orta məktəblərdən 40 nəfər şagird seçildi, təlimçimiz və ekspert tərəfindən onlar üçün keçiriləcək seminarların proqramları və paylama materialları hazırlandı. Layihə ərzində 10 seminar keçirildi və 6 dərnək təşkil edildi. Milli məclisin üzvü Fazil Mustafanın ev kitabxanasına canlı və onlayn səyahət təşkil olundu. Təlim və dərnək iştirakçıları Bakı şəhəri İçərişəhərdə yerləşən Miniatür kitabxanaya gəzintiyə aparıldı. Təlim və dərnək üzvlərini kiçik hekayələr və şeirlər oxumağa və yazmağa həvəsləndirmək üçün müsabiqələr təşkil edildi, onları həvəsləndirmə üçün mükafatlandırma və sertifikatlaşdırılma aparılması çox uğurla həyata keçirildi
Oxu mədəniyyətindən bəhs edən flayerlər hazırlandı, təlim və dərnək iştirakçılarına paylandı.
Pilot məktəblər və təlim iştirakçılarının seçilməsi və sorğu vərəqlərinin hazırlanması və cavablandırılması haqqında məlumatı Sorğuçu- müsahibəçi Taleh Əliyev verdi. Dəyirmi Masa iştirakçıları sorğu vərəqləri ilə tanış olmuş və özləri də həmin sualları həvəslə cavablandırmışlar.
Aparılmış təlimlər, təlim mövzuları, təlim proqramları və dərnəklərin təşkili haqqında məlumatı Təlimçi Nüşabə Mehtiyeva verdi.
Çıxışlar ətrafında müzakirələr oldu. Zəngilan RTŞ- nin nümayəndəsi Rüstəm Aslanovun, Azad Müəllimlər İctimai Birliyinin nəzdində yaradılmış Gənclərlə iş qrupunun rəhbəri, ingilis dili müəllimi Dilarə xanımın, 4 nömrəli tam orta məktəbin müəllimi Natalya xanımın, jurnalist Kəmalə xanımın, Milli Mənəviyyatın Təbliği İctimai Birliyinin sədri Jalə xanımın, valideynlərin, hədiyyə və sertifikatlar alan təlim iştirakçılarının fikirləri və təklifləri maraqla qarşılanmışdır. Hamı layihənin davamlı olmasını arzuladı.
Conflict.az