Sizin reklam burada
Sizin reklam burada

"Rabitəbank"ın kartlarından - ƏLAVƏ PUL SİLİNİB - FOTO

"Rabitəbank"ın kartlarından - ƏLAVƏ PUL SİLİNİB - FOTO“AzeriCard” MMC-nin səhvi səbəbindən "Rabitabank" ASC-nin plastik kartlarından vəsaitlərin silinməsi baş verib.

FED.az xəbər verir ki, bu barədə bankın müştərilərinə göndərdiyi mesajda bildirilir.

"Hörmətli müştəri, "Azericard" prosessinq mərkəzinin səhvi ilə bağlı 19 dekabrdan sonrakı kommunal ödənişləriniz 2 dəfə silinib. Səhv silinən məbləğ geri qaytarılacaq. Narahatlığa görə üzr istəyirik" - deyə xəbərdarlıqda bildirilir.
"Azericard"dan verilən açıqlamada isə deyilir ki, prosessinq mərkəzində hər hansı problem aşkar edilməyib:

"Nəzərinizə çatdırmaq istəyirik ki, bu mesaj "Azericard"dan asılı olmayan səbəblərdən müştərilərə göndərilib. Araşdırmalar aparılır və tezliklə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.

  • Sosial şəbəkədə paylaş