Sizin reklam burada
Sizin reklam burada

Ad günündə həbs edilən başçı müavini ilə bağlı sərəncam

Ad günündə həbs edilən başçı müavini ilə bağlı sərəncamXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad olunub.

Axar.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə N.Quliyevin birinci müavini Ramiz Tatarov da vəzifəsindən azad olunub.

Qeyd edək ki, adı çəkilən hər iki şəxs ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Həbs edilən gün R.Tatarovun 62 yaşı tamam olurdu.

  • Sosial şəbəkədə paylaş