Sizin reklam burada
Sizin reklam burada

Prezidentdən Məmmədova: Niyə bu haqda məlumat vermirsiniz?

Prezidentdən Məmmədova: Niyə bu haqda məlumat vermirsiniz?Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərəkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.

"Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə", - Prezident İ.Əliyev söyləyib.

  • Sosial şəbəkədə paylaş