Sizin reklam burada
Sizin reklam burada

İntiqam SOLTAN - Erməni ordusu və SMS icazə

İntiqam SOLTAN - Erməni ordusu və SMS icazə
(felyetonmu desəm əcəba...)
("MÜASIR MƏTBUATIN MƏLUMATLARI" sayağı)
Haşiyə: Aşağıda oxuyacaqlarınızı SARKAZM saymasanız son dövrlərdə özünü "mətbuat" adlandıran (təbii ki, hamısına aid deyil) qurumlar (bura bəzi BLOGGERLƏR də daxildir) eyni peşəkarlıqla çalışıblar...
- Əvvəlcə "like" qoyun sonra oxuyun...
Demək belə, TƏBİBin Erməni bürosundan verilən xəbərə görə pandemiya və ciddi karantin döyüş bölgəsində olan erməni silahlı birləşmələrinin böyük bir hissəsini qırğından xilas edib.
Belə ki, Ermənistan ordusunda maska çatışmazlığından təkadamlıq səngərlərdə karantinə alınmış bir çox erməni əsgəri virusa yoluxmaqdan qorxaraq 12-16 iyul günlərində özlərinin yaratdıqları çaxnaşma bölgəsindən aradan çıxmağa üz tutan əsgərlərə qoşula bilməmişlər...
Virusa yoluxma qorxusu səbəbindən səngərdən çıxmadıqlarına görə də onlar Azərbaycan əsgərinin gülləsinə tuş gəlməmişlər...
Digər diri qalan hərbçi qrup isə Ermənistanın pandemiya dövründə yaradılmış sms xidmətindən yararlanmaqla səngərdən üzü, keçmişdə Azərbaycan xanlıqlarının birinin paytaxtı olmuş İrəvana sarı qaçmağa icazə ala bilsələr də Ermənistan telekommunikasiya sisteminin təkayaqlı (yəni axsaq) çalışması nəticəsində smslərə cavab gecikdirilib.
Adının çəkilməsini istəməyən etibarlı sosial şəbəkələrdən aldığımız məlumata görə isə həmin ərəfədə Ermənistanda ümumiyyətlə internet olmayıb. Səbəb isə Ermənistan Baş naziri postuna müvəqqəti təyin olunmuş Nikol Paşinyanın Putinin hələ də direktoru olduğu Rusiyanın paytaxtı Moskva ilə telefon danışığı olub.
Çünki Ermənistan interneti yalnız Paşinyanın özünün Xankəndində istehsal edilən (əslində Tehrandan gətirilib orada "ArçSung" etigeti yapışdırılan ) ArçSung markalı telefonundan paylaşdığı mb-dan götürür.
BN-in telefon danışığı zamanı bu paylaşım avtomatik olaraq kəsilibmiş.
Belə bir taleyüklü anda internetin kəsilməsi ilə bağlı onu ittiham edən mətbuat nümayəndələrinə cavab olaraq Baş Nazirin birinci xanımı Anna Akopyanın cavabı belə olmuşdur:
- Cənab Nikol'can Moskva Türkoloqları qarşısında Azərbaycan türkcəsində danışıqdan onlayn imtahan verirdi...
Jurnalistin imtahan nəticələri haqqında verdiyi suala ailənin birinci xanımı Akopyanın cavabı belə olub:
- Moskva Ermənistan liderinin Azərbaycan türkcəsində danışmaq bacarığını yüksək qiymətləndirib və onun hətta bu dildə Azərbaycandakı bəzi vəzifəli şəxslırdən daha sərrast, sərbəst və cəsarətlə danışdığını deyiblər...
P. S.
Qeyd: Bir qisim erməni hərbçiləri isə atəşkəs pozulmazdan azacıq əvvəl sms xidmətindən yararlanmaqla İrəvana "dəyib qayıtmaq" adı ilə icazə alıb aradan çıxıbmışlar... Bu isə onların hələ də diri qalmaları ilə nəticələnib.
Xəbər verdiyimiz kimi döyüş bölgəsində qalan erməni hərbçiləri şanlı ordumuzun gülləsinə tuş gəlmək şansını əldən verməyiblər...

Conflict.az

  • Sosial şəbəkədə paylaş