KİTAB, SİLAH, TEATR!

yazar

1 181

KİTAB, SİLAH, TEATR!
İnsanları kiçik yaşlarından tәrbiyә etmәk lazımdır. Onlara uşaq dediyimiz yaşdan.
Tərbiyə etmək lazımdır ki, sonra mәscidlәrә izlәyici kameralar qoymağa ehtiyac olmasın...

Bu gün onların tәrbiyәsi üçün pullarınızı əsirgəməyin...
Əsirgəməyin ki, indi yığdığınız milyonların gәlәcәk taleyi tәhlükәdә qalmasın!

Döymә, başa sal...
Başa sal ki, sabah 14-15 yaşında qızcığazlar küçәlərdә, dalanlarda zorlanmasın!

Övladına sinfi düşmәnçilik aşılama...
Aşılama ki, sabah millәt parçalanmasın!

Milli eqoizmdәn uzaq tut övladını...
Uzaq tut ki, beş gün sonra bu ölkәnin hüdudlarından kәnara çıxa bilsin!

Özün bacarmırsansa, övladına tәrbiyә verәnlәrә qayğı göstәr...
Qayğı göstәr ki, sabah balan evdәn çıxanda әlindә silah deyil, qoltuğunda kitab çıxsın.
Çünki silah qan-qadadır, dәrddir, bәladır!
Çünki silah kiminsә qanına qәltan edilmәsidir!
Çünki silah bәşәriyyәtin mәhvidir!
Çünki silah elә bir "arxa-dayaqdır" ki, әldә tutdunmu, baş işlәmәz! Ağlını əlindəki silahın tətiyində olan barmağına təslim edərsən!

Kitabsa inkişafdır, kitabsa hәyatdır, kitabsa sivilizasiyadır!
Kitab vә bilik elә dayaqdır ki, o olunca silaha gәrәk qalmaz!
Övladını silaha deyil, kitaba sarılmağı dostlarımla birlikdә mәn öyrәdә bilәrәm!

Teatr yolu ilә! Teatr dili ilә!
Övladın hәm әylәnәcәk, hәm öyrәnәcәk!
Teatr övladının indiki vaxtını sәmәrәli keçirmәklә gәlәcәyini tәmin etmәyә zәmin yaradan yeganә mәkandır!

Milyonçum mәnim, mәmurum mәnim, özünә düşmәn qazanma!
Özün öz gәlәcәyinin tәminatçısı ol!
İncәsәnәtә, mәdәniyyәtә yatırım qoy! Pul ayır!
Bakı Uşaq və Gənclər Teatrı bu dediklәrimin bünövrәsi ola bilәr!

Tәbii ki, әgәr yardım etsәn!
Özünә biganә qalma!

Teatrın yaşamağında maraqlı ol! Maraqlı ol ki, o da sənin övladının gələcəyini maraqlı edə bilsin. Bax o zaman övladın da sənin gələcəyin olacaq! Maraqlı gələcəyin!

P.S.
Milyonçu olmayıb millətin gələcəyi haqqında maraqlı olanlara:

Paylaşın ki, hamı görsün, küçәdә saxlayıb özlәrinә oxuyun xәbәrdar olsunlar. Poçt qutularına atın ki, xidmәtçilәri nәzәrlәrinә çatdırsın. Maşınlarının tәkәrlәrini qaraldanlara әzbәrlәdin ki, bir iki kәlmә qulaqlarına çatsın.
WhatsApp, tvitter, instaqram, facebook səhifələrinə mesaj göndərin...

Mesajınıza yazın ki, "Sağlam düşüncə uğrunda mübarizə aparan Bakı Uşaq və Gənclər Teatrı informasiya blokadasındadır."
Olmasa idi yersiz qalmazdı!!! Mәşq üçün şəhər mərkəzindən 20-25 km kənarda, mədəniyyət evinin küncündə oturub sәhnәdә rәqs dərnəyinin işinin bitmәsini gözlәmәzdi.
Aktyorları məşqə çatmaq üçün 1,5 saat sәrf edib 4 marşrut dәyişmәzdi...

İntiqam Soltan
Respublikanın əməkdar artisti


Conflict.az