Bihter və Behlül 7 il sonra eyni filmdə

Şou

178

Bihter və Behlül 7 il sonra eyni filmdəAktyorlar Beren Saat ilə Kıvanç Tatlıtuğ "Aşk-ı Memnu"dakı birlikdə rollarından sonra böyük maraq qazanıb. Əfsanə serialın Bihter ilə Behlülünü illərdir bütün rejissorlar yenidən bir araya gətirməyə çalışırlar.

Axşam.az xəbər verir ki, bu işi "Netflix abone" reallaşdırmağa çalışır. İlk dəfə bir türk filmi yayımlayan şirkət Çağatay Ulusoyun baş rolda yer aldığı "Hakan Muhafız"ı nümayiş etdirib.

Daha sonra Tuba Büyüküstünlə razılaşaraq, sənədli film çəkən şirkət, Beren Saat ilə də "Atiye"yə imza atıb. Hələ bu layihələri yayımlamayan "Netflix" istədiyi reytinqi toplaya bilməyib.

Məhz elə buna görə onlar bir vaxtların məşhur Bihter və Behlül cütlüyünə üz tutub. İddiaya görə "Netflix" 2021-ci ildə Beren və Kıvançın baş rolda olacağı bir film hazırlığına başlayıb. Film çok məşhur bir eşq kitabından bəhrələnəcək