Röyadan İnstaqramla bağlı şok addım - Video

Şou

309

Röyadan İnstaqramla bağlı şok addım - VideoƏməkdar artist Röya Ayxan 1 milyon 700 min izləyicisi olan İnstaqramını tərk edib.

Axşam.az-ın məlumatına görə, sənətçi artıq 10 gündür ki, sosial şəbəkədə heç bir paylaşım etmir.

Müğənninin fanatları da onun bu addımından narahatlıq hissi keçiriblər.

Röyadan İnstaqramla bağlı şok addım - VideoMəlum olub ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi ilə əlaqələndirib.

Kanon ifaçısı Xədicə Həsənovaya “Whatsapp” vasitəsilə doğum günü təbriki yollayan Röya bildirib:

“Səni öz səhifəmdən təbrik etmək istəyərdim, amma yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və s.”.

Qeyd edək ki, PR-ın, reklamın İnstaqramdan aparıldığı, insanların sosial trendlərdən asılı olduğu bir zamanda müğənninin bu addımı xeyli gözlənilməz olub.

Onu da bildirək ki, sənətçi bunadək bir neçə dəfə İnstaqramdan qısa fasilələrlə uzaqlaşıb. Lakin bu fasilələr 3-4 gündən artıq olmayıb.