Muradın mahnısı yenə oğurlandı

Şou

371

Muradın mahnısı yenə oğurlandıMüğənni-bəstəkar Murad Arifin daha bir bəstəsini oğurlayıblar.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi bu dəfə türkmən müğənninin ondan oğurluq etdiyini açıqlayıb:

"10-cu dəfədir ki, mahnım oğurlanır. Bu dəfə "Qızım" bəstəmi türkmənlər ifa etdi. Özümüzünkülər yıxıb-sürüyür, əcnəbilər mahnılarımı qapır. Murat Öz adlı müğənni xanımı ilə birlikdə səsləndiriblər. Məni qonorardan öncə, etik qaydalar maraqlandırır. Zəng vurub, icazə istəsinlər.

Digər isə "Almalarımla" mahnısıdır. Oxuyublar, üstəlik "Youtube"da bizim ifaları bloklayıblar. Bunları tapmağa çalışdım və mən də sildirdim".