İnstaqramda təhqir edib, verilişinə qonaq çağırdı

Şou

366

İnstaqramda təhqir edib, verilişinə qonaq çağırdıMüğənni Hacı Nazim Məmmədovla prodüser-aparıcı Tarix Əliyev arasında ötən həftə qalmaqal yaşanmışdı.
Axşam.az-ın məlumatına görə, "5/5" verilişinə qonaq olan zaman Nazimə aparıcı Toliklə bağlı sual ünvanlayır. Sənətçi isə ona "Tanıdığım insanlar haqda danışıram" cavabını vermişdi. Onun bu addımı Toliki özündən çıxarıb.

Prodüserin qarşı tərəfə cavabı sərt olmuşdu. O, İnstaqramında Nazimlə bağlı paylaşım edərək, onun ünvanına təhqir dolu sözlər yazıb.

Aradan bir neçə gün keçəndən sonra isə Tolik Nazimi "Hər şey daxil" verilişinə qonaq çağırıb. Onlar həmin vaxt aralarındakı küsülülüyə son qoyublar.

Nazimi təqdim edən Tolik "İllərdir məni tanıyır, amma deyir tanımadığım adam haqda danışmıram" sözlərini işlədib.

"Orada 6-7 sualdan yayındım, axırda da bu sual verildi" deyə, Nazim cavab verib. O, Toliklə küsülü olduqlarını etiraf edib.

Qeyd edək ki, Tolik Nazimin ünvanına "Mənimlə bağlı sual veriblər, cavab verməyə cürəti çatmayıb. Həmişə onun-bunun əlaltısı olacaq, çünki sənəti odur. Haqqımda hər müğənni danışa bilməz. Həmin adamlara sözümü həyatda da demişəm. Güvəndiyiniz dağlara necə qar yağdısa..." sözlərini yazmışdı.