Nazilə ilə Tolik bu şərhə görə dava etdi

Şou

324

Nazilə ilə Tolik bu şərhə görə dava etdiProdüser Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb Tolikin şairəyə sosial şəbəkədə yazdığı şərh olub. Belə ki, Nazilə müğənni Xatirə İslamın qardaşının toyunda Əməkdar artist Röya Ayxanla rəqs edərkən çəkilən videosunu yayımlayıb.
Nazilə ilə Tolik bu şərhə görə dava etdi
Prodüser isə ona "Röya ilə oynayanda, necə sevinirsən" şərhini yazıb.

Bundan qəzəblənən Səfərli tez şərhi silib. Tolik isə cavabında onu izləmədən çıxarıb, "qara siyahı"ya atıb.

"Deyirəm ki, xain xoflu olar. Nazilə də xofludur. Səhifəsində paylaşdığı videoya yazdım ki, Röya ilə oynayanda necə sevinirsən. Burada pis nə yazdım ki? Tez şərhimi silib. Mən də onun özünü sildim və getdi bloka. Heç kimdən nə asılılığım, nə qorxum var. Nə də ki, keçəcəyim. Röyanın onsuz da belə şeydə bəxti yoxdur. Səmimi olar, həmişə üzünə gülərlər, amma cürətləri çatmaz yazsınlar ki, nə yaxşı varsan!" deyə, T.Əliyev paylaşımına qeyd edib.