"Ərimə də ortaq olub" - Qalmaqal

Şou

283

"Ərimə də ortaq olub" - QalmaqalTürk müğənni Yeşim Salkımın həmkarı Gülbən Ergən haqda dediyi sözlər yenə ortalığı qarışdırıb.

Axşam.az xəbər verir ki, hər iki sənətçi Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı Ekrem İmamoğluna dəstək mesajı paylaşıb. Yeşimin izləyicilərindən biri isə "Gülbenlə Yeşim, nəhayət ki, ortaq məxrəcə gəlib" deyə, rəy yazıb.

Yeşimin isə rəyə cavabı izləyiciləri heyrətləndirib:

"Niyə təəccüblənirsiz ki? Ərimə də ortaq idi bir vaxtlar".

Qeyd edək ki, Yeşim keçmiş əri Hakan Uzanın onu Gülbənlə aldatdığını iddia edib və evliliyinin də bu səbəbdən bitdiyini deyib.