Mənzurənin qısa paltarı Şəbnəmi narahat etdi - Video

Şou

293

Mənzurənin qısa paltarı Şəbnəmi narahat etdi - VideoMüğənni Mənzurə Musayeva ad gününü "5/5" verilişində qeyd edib.

Axşam.az-ın məlumatına görə, sənətçinin efirə geyindiyi qısa, üzəri tüllü paltarı aparıcı Zaur Kamalın dilinə düşüb. O, Mənzurəyə "Cennifer Lopes kimi geyinmisən. Bu nədi?" sözlərini söyləyib.

Proqramın digər qonağı müğənni Şəbnəm Tovuzlu isə Mənzurənin ətəyini veriliş boyunca aşağı çəkib. Onun bu hərəkəti digər qonaqların diqqətindən yayınmayıb. Zaur "Sən nə edirsən? Paltarını çəkişdirirsən. Bu qısa edib, belə istəyir, dartmaqla deyil" sözləri ilə Şəbnəmə irad bildirib.

Tovuzlu növbəti dəfə Mənzurənin paltarını aşağı çəkəndə isə ifaçı "Narahat olma. Özü belədir. Paltarı əynimdən çıxaracaqsan. Bu gün mənə hər şey olar" deyərək, etirazını gizlətməyib.

Şəbnəm isə "Çox qısadır. Xanım ona fikir verər" cavabını verib.

Müğənni Manaf Ağayev də Mənzurənin qısa paltarına sataşıb. "O, ona meyillidir, sən narahat olma. Allah bilir Mənzurə ürəyində deyir, dəymə" deyə Manaf söyləyib.