Rəqqasə Zaurun başına tava çırpıb

Şou

293

Rəqqasə Zaurun başına tava çırpıbRəqqasə Fatimə Fətəliyeva "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal sənətçi ilə bağlı maraqlı məqamı açıqlayıb. Zaur bildirib ki, Fatimə çəkilişdə tavanı onun başına çırpıb, hələ də yeri qalıb.

Fatimə isə aparıcıdan istədiyi intiqamı aldığını etiraf edib:

"Zaur məni verilişində hind rəqsi oynatdı. "Zita və Gita" filmindən bir fraqmenti göstərdik. Zaur gəldi oradakı kimi mənə sillə vurdu. Amma elə sillə vurdu ki, gözümdən od çıxdı. Mən də dedim ki, bunun acığını alacam".

Zaur isə ağır tava olduğunu söyləyib:

"Sonra bir çəkilişdə Fatimə rejissorla danışıb. Birləşib belə ediblər: ağır tavanı başıma elə çırpdı ki... Gözlərim yerindən çıxdı, hələ də şiş qalıb yeri".