"Əxlaqsız videolarında milyon baxışı var" - Talıba görə tənqid edilən Hüseyn

Şou

263

"Əxlaqsız videolarında milyon baxışı var" - Talıba görə tənqid edilən HüseynXəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni Talıb Talenin oxuya bilmədiyini söyləyib.

Axşam.az-ın məlumatına görə, musiqiçinin bu sözləri sosial şəbəkədə tənqid edilib. O, "Talıb Tale oxuya bilir?" sözlərini qınayanlara cavab verib:

"Bəzən məni dərindən tanımayanlar tərəfindən qınaq obyektinə çevrilirəm. Əziz dostlarım, dəyərli azərbaycanlılarım, inanın ki, biz bayağı musiqilərlə uçuruma gedirik.

Yaxşı bilirəm ki, bunun öhdəsindən gələ bilməyəcəm. Nə bilim, filankəsin "Youtube"da baxışı 5 milyondur... Musiqimizi zay edənlər, exlaqsız videoların da baxış sayı çox olur. Bu o demək deyil ki, yaxşı şeydir. Mən də nə professor, nə də sənətkaram. Ancaq içimdə Azərbaycan musiqisinə hörmət və sayqı var".