Məşhur müğənni kilsə aldı

Şou

364

Məşhur müğənni kilsə aldıDünya şöhrətli ifaçı Beyonse 1900-cu illərin əvvəllərində inşa edilmiş kilsə alıb.

Xarici mətbuat xəbər verir ki, Nyu-Orleanda inşa edilən daş ibadətgah ötən həftə 850 min dollara satışa çıxarılıb. Müğənninin kilsəyə nə qədər pul verdiyi məlum olmasa da, həmin ərazidə bacısı Solencenin yaşadığı üzə çıxıb.

Məlumat üçün bildirək ki, "Forbes"in versiyasına görə, məşhur reper Cey Zi və Beyons cütlüyünün sərvəti ümumilikdə 1 milyard dollardan çoxdur.