"Hər hansı bir dinə hörmətsizlik etmirəm"

Şou

177

"Hər hansı bir dinə hörmətsizlik etmirəm"
Dünya şöhrətli ulduz Rihanna müsəlmanlardan üzr istəyib.

Xarici KİV xəbər verir ki, Rihanna “'Savage x Fenty" adlı şəxsi markasının alt paltarı sərgisində içində hədis səsləndirilən musiqidən istifadə edib.

Bunun ardınca sərt tənqidlərə məruz qalan sənətçi müsəlmanlardan üzr istəyib. Bunun ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib:

“Şoumuzdakı qəsdən etmədiyimiz kobud bir səhvi bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Bu ehtiyatsız səhvə görə həqiqətən sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi başa düşürük və narahatıq. Allaha, yaxud hər hansı bir dinə hörmətsizlik etmirəm. Mahnının səsləndirilməsi sadəcə məsuliyyətsizliyin nəticəsi olub. Artıq belə bir şeyin təkrarlanmayacağından əmin ola bilərsiniz. Bağışladığınız və anlayışınız üçün təşəkkür edirik",- deyə o, ifadə edib.

Qeyd edək ki, sərgidə "CouCou Chloe"nin "Doom" mahnısı səsləndirilmişdi.

Conflict.az