Sizin reklam burada
Sizin reklam burada

"Keçmiş həyat yoldaşlarımdan aliment almıram..."

"Keçmiş həyat yoldaşlarımdan aliment almıram..."
“Mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yoxdur".

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Müğənni maddi imkanının heç də yüksək olmadığını diqqətə çatdırmaq istəyib:

"Day-dayım" və ya sevgilim yoxdur. Haqqımda danışılan söhbətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Buna əmin ola bilərsiniz. Keçmiş həyat yoldaşlarımdan aliment filan da almıram. Üçotaqlı evdə yaşayıram və 2013-cü ildə alınan avtomobili idarə edirəm”.

Müğənninin sözlərinə görə, həyat yoldaşlarından qalan əmlakını sataraq uşaqlarının təhsil xərclərini ödəyib:

“Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarıma xarici məktəb və universitetlərdə təhsil vermişəm (hazırda davam edir). Bunu etdiyimə görə özümə ayrıca hörmətim var. Heç bir müəmmallı gəlirim falan da yoxdur. Uzun illər məşhur restoranlarla çalışmışam, reklam, ictimaiyyətlə əlaqələr, gecələrin və açılışların təşkilat işləri ilə məşğul olmuşam. Bilirsiniz ki, fevraldan işlərimiz dayanıb. Buna baxmayaraq, mütəmadi və uzun illər yardım etdiyim ailələr var".

Nura Suri qeyd edib ki, izləyiciləri ondan böyük məbləğdə pul yardımı istəyir:

"Xahiş edirəm, inboksa yazıb məndən böyük məbləğdə yardımlar istəməyin. Mən məmur deyiləm, biznesmen deyiləm, oliqarx deyiləm. Bacardığım qədər yardım edirəm. Hər gün ən az 10-15 nəfər məndən yardım istəyir. 18 yaşımdan reklamsız yardımlar etmişəm. Sonuncu dəfə aksiya keçirdik, qarşılaşdığım problemləri gördünüz. Bundan sonra yardım aksiyası keçirməyə çəkinirəm, hətta qorxuram da. Sadəcə tanıdığım ailələrə yardım etməyə imkanım daxilində davam edəcəm”.

Xatırladaq ki, ötən ay müğənni pandemiya ilə əlaqədar maddi durumunun yaxşı olmadığı üçün tikinti şirkətlərinin birinə işə düzəldiyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş