Məşhur müğənni ana olacaq

Şou

630

Məşhur müğənni ana olacaq
ABŞ-ın məşhur müğənnisi Keti Perri ana olmağa hazırlaşır.

Müğənni bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Məşhur aktyor Orlando Blum ilə nişanlı olan Perri “Never Worn White” adlı klipinin son səhnəsində qarnını göstərərək bu şad xəbəri izləyiciləri ilə bölüşüb.

“Bu yay çox şey olacaq, təkcə uşaq dünyaya gətirməyəcəm, gözlədiyiniz çox önəmli bir şey də olacaq”, - deyə o bildirib.

Conflict.az