Namiq Məna təltif edildi

Şou

281

Namiq Məna təltif edildiXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, "Tərəqqi" medalı ilə təltif edilənlər arasında tanınmış simalar da var.

Belə ki, meyxanaçı Namiq Məna da Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. Bundan başqa, aktyor Mətləb Səfərli də eyni medalla təltif olunanlar sırasındadır.