Gülay brend paltarları haqda: "Nə istəyirəm, onu geyinirəm"

Şou

147

Gülay brend paltarları haqda: "Nə istəyirəm, onu geyinirəm"Müğənni Gülay Zeynallı geyindiyi bahalı libaslardan danışıb.
Axşam.az xəbər verir ki, sənəçi "Zaurla Günaydın" verilişində bahalı brendlərdən alış-veriş etməsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, başqalarının fikri onun üçün önəmli deyil:

"Bizim sənət aləmində olan sənətkarlar var ki, daha baha geyinir. Mənə görə narahat olmasınlar. Heç kimin boğazından kəsmirəm, haqqına girmirəm. Öz zəhmətimdir, haqqımdır. Nə istəyirəm, onu geyinirəm.

Niyə mən gözə girirəm? O demək deyil ki, bütün gəlirimi geyimə veririəm, evdə qəpiksiz otururam. Yox, ağlım hər zaman başımda olub, gəliri idarə etməyi bacarıram".