Renka ilə Damla arasında qalmaqal

Şou

236

Renka ilə Damla arasında qalmaqalRəqqasə Rəna Ağamuradova (Renka) ilə müğənni Damla arasında qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, Renka sənətçinin "Şansın yox" klipinə çəkilsə də, ekran işində az göründüyünü deyib. Sənətçi "Şou news"a açıqlamasında montajda onu sildiklərindən gileylənib:

"Paylaşmaq məsələsi deyil, hamı yayımladı. Həm də mən orada görünmürəm, olsaydım İnstaqramımda paylaşardım. Klipdə ancaq qanadlarım görünür. Təmənnasız çəkilmişəm. Öz yaxınlarımdan qonorar almıram".

Damla isə günahı rejissorun üstünə ataraq, özünü təmizə çıxarmağa çalışıb:

"Aramızda belə bir problem olmayıb. Onunla mən yox, rejissor danışıb. Rejissorun ideyası olub, elə məsləhət görüb. Operator mən deyiləm ki, başım çıxmır. Sözümüzü yerə salmadı, gəldi, həvəslə çıxış etdi. Əziyyətini halal etsin".