Sizin reklam burada
Sizin reklam burada

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi - Foto

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi - FotoPrezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi - Foto
S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

Azərbaycana səfir təyin olunan qədər S.Abdıkarimov 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda Slovakiyadakı səfiri vəzifəsində çalışıb.

Ailəlidir, 4 övladı var.

  • Sosial şəbəkədə paylaş