Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev Trampa başsağlığı verdi

İlham Əliyev Trampa başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

  • Sosial şəbəkədə paylaş