“Soyuq müharibə” başladı: NATO və Türkiyə üz-üzə - Bölgədə qorxunc gəlişmə

Siyasət

243

“Soyuq müharibə” başladı: NATO və Türkiyə üz-üzə - Bölgədə qorxunc gəlişmə“Lozanna Müqaviləsinin 96-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə NATO, ABŞ və Avropa İttifaqı Türkiyəyə savaş elan etdi”.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Necati Doğru deyib.

Ekspertin fikrincə, hazırda tərəflər arasında qapalı “soyuq müharibə” gedir:

“ABŞ və Avropa İttifaqı sanksiyalarla Türkiyəni dalana dirəməyə çalışır. ABŞ və Avropa İttifaqı bir yerdə NATO deməkdir. 1952-ci ildən NATO üzvüyük və bunun hesabına özünəinamlı ölkə adını qazanmışıq. Amma Lozanna Müqaviləsinin 96-cı ildönümündə NATO Türkiyəyə savaş elan etdi.

Türkiyə NATO-ya Rusiyanın təzyiqləri nəticəsində daxil olmuşdu. Rusiya həmin dönəmlərdə İstanbul və Çanaqqala boğazlarını, o cümlədən Qars və Ərdahanı Türkiyədən tələb edirdi. Lakin NATO-ya üzv olduqdan sonra bu müzakirələr başa çatdı. İndi isə Rusiyanın bizə “S-400” satmasına görə NATO-dan çıxmağı düşünürük.

Atatürkçü generallar və dindar kəsim Türkiyənin bu hərbi alyansdan çıxmasını istəyir. İslami kəsimə yaxın mətbuat orqanları “NATO-suz Türkiyə” başlığını manşetlərə çıxarmağa başlayıb”.

Necati Doğan qeyd edib ki, ABŞ və Avropa İttifaqı Türkiyəni yıxmağa çalışır: “Hər iki tərəf Türkiyəni Suriyanın Şimalında kürd dövlətinin qurulmasını və Şərqi Aralıq dənizində təbii qaz axtarışlarını dayandırmaq tələbinə razılıq verməyə məcbur edir. ABŞ və Avropa İttifaqı bu iki məsələdə qərar vermiş kimi görünür. Bəs bu iki məsələdə Rusiya nə düşünür? Fikrimcə, Rusiya da NATO kimi düşünür”.