Sizin reklam burada
Sizin reklam burada

"Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir" - İlham Əliyev

"Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir" - İlham Əliyev"Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində bildirib.


"Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlətimizin başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirib.

  • Sosial şəbəkədə paylaş