Ərdoğan bu gün Soçiyə gedir

Siyasət

298

Ərdoğan bu gün Soçiyə gedirTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşəcək.

Birgünlük işçi səfər çərçivəsində iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə dövlət başçılarının genişləndirilmiş görüşü planlaşdırılıb.

Tərəflər Türkiyə və Rusiya arasında siyasi, iqtisadi və energetika sferalarında əlaqələri müzakirə edəcək, Suriya böhranına toxunacaqlar. Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.