Taleh Əliyev: "Nikol Paşinyan Qarabağı de-fako Azərbaycan ərazisi kimi tanıdı"

Siyasət

408

Taleh Əliyev: "Nikol Paşinyan Qarabağı de-fako Azərbaycan ərazisi kimi tanıdı" “Paşinyan baş nazir seçilməmişdən öncə Ermənstanın gələcək xarici siyasəti ilə bağlı iki ciddi blef etdi...

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın baş nazir statusu ilə Qarabağa etdiyi səfər Azərbaycan ictimayyəti tərəfindən bir mənalı qarşılanmadı . Əsas ictimai fikir Nikol Paşinyanın bu səfəri ilə gələcək fəaliyyətində sələfi Serj Sarkisyandan çox da fərqlənməyəcəyi qənaitindədirlər. Amma fərqli düşünənlərdə var.

Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev hesab edir ki, Nikol Paşinyan baş nazir seçilməmişdən öncə Ermənstanın gələcək xarici siyasəti ilə bağlı iki ciddi blef etdi. İlk blefi Ermənstanın gələcəkdə də MDB, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında səsləndirdiyi fikirlər, ikinci blefi isə Qarabağ münaqişəsinin həlli istiqamətində daha çox Ermənistanın daxili auditoriyasına hesablanmış populist açıqlamaları idi. Bu bleflərin verilməsinin başlıca səbəbi Nikol Paşinyanın Serj Sarkisyan hakimiyyəti üzərində əldə etdiyi mənəvi-pxisoloji qələbəni siyasi-hüquqi qələbə ilə yekunlaşdırmaq idi. Doğrudur, Nikol Paşinyan öz arzusuna çatdı. Amma hələ ki, onun siyasi hakimiyyəti çox kövrəkdir. Ona görə də növbədənkənar parlament seçkiləri keçrilənə qədər Nikol Paşinyan Ermənistan Rusiya işbirliyindən və Qarabağ mövzusunda daha çox populist çıxışlar edəcək. Onun Qarabağa səfər etməsinə də bu konteksdən baxmaq lazımdır. Nikol Paşinyanın sələfləri Robert Köçəriyandan və Serj Sarkisyandan başlıca fərqi odur ki, o Rusiyanın deyil, bu gün ciddi cəhdlə gizlətməyə çalışdığı Qərbin adamıdır. Siyasi hakimiyyətini möhkəmləndirdikdən, başqa sözlə desək növbədənkənar parlament seçkilərində siyasi üstünlüyünü təmin edənə qədər gerçək siyasi məqsədlərini və xarici siyasət proritetlərini gizli saxlayacaq. O ki, qaldı Nikol Paşinyanın Qarabağa səfər etməsinə, məncə bundan faciə düzəltmək lazım deyil. Məgər Ermənistanın əvvəlki rəhbərlikləri Qarabağa səfərlər etməyiblərmi? Əksinə, mən hesab edirəm ki, bu səfəri ilə Nikol Paşinyan Qarabağı de-fakto Azərbaycan ərazisi kimi tanıdı. Bilirsiniz ki, Nikol Paşinyanın Qarabağda keçirdiyi mətbuat konfransına qatılan xarici jurnalistlər bu səfəri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırıblar.Yəqin siz də razılaşarsınız ki, əvvəllər belə bir presedent olmayıb. Qarabağa səfərlərini Bakı ilə razılaşdırılmış jurnalistlərin suallarını cavablandıran Nikol Paşinyanın bu addımı elə həmin jurnalistlərdə bu torpaqların Azərbaycan ərazisi olduğu qənaitini yaradacaq.


Conflict.az