Sizin reklam burada
Sizin reklam burada

Nikolasa hakimiyyətdən getməsi təklif edldi

Nikolasa hakimiyyətdən getməsi təklif edldi
ABŞ Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsini təklif edib.

Bu barədə ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsi “Blumberq”ə deyib.

Bildirilib ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Riçard Qrenel bu məqsədlə Maduroya yaxın siyasətçi Corc Rodrigez ilə Meksikanın paytaxtı Mexikoda görüşüb.

Qrenel söhbət zamanı Maduronun dinc yolla postundan getməsi gərəkdiyini bildirsə də, qarşı tərəf bununla razılaşmayıb.

Görüşün digər təfərrüatları açıqlanmır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ