Sizin reklam burada
Sizin reklam burada

Paşinyan keçmiş prezidentlərin xidmətlərindən istifadə etməyə meylli deyil

Paşinyan keçmiş prezidentlərin xidmətlərindən istifadə etməyə meylli deyil
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və can verməkdə olan oyuncaq separatçı-terrorçu rejimin keçmiş rəhbərləri: Bako Saakyan və Arkadi Qukasyan gecə yarısı yenidən işğalçı Ermənistan başını itirimiş Baş nazirini ziyarət ediblər.

Hraparak.am nəşrinin yazdığına görə, canlarına vəlvələ düşmüş separatçılar Levon Ter-Petrosyan və Robert Köçəryanın danışıqlar üçün Moskvaya getməsinə icazə verilməsi üçün Paşinyana konkret bir təklif veriblər. Lakin erməni saytı əlavə edir ki, Paşinyan keçmiş prezidentlərin xidmətlərindən istifadə etməyə meylli deyil. Bir neçə gün əvvəl də o, bu cür cəhdləri rədd edib.

Xatırladaq ki, artıq 3 gündür ki, keçmiş separatçı başçılar təşviş içində Ermənistanın baş naziri ilə yanaşı, sabiq prezidentlər L.Ter-Petrosyan, Robert Köçəryan və s. ilə ardıcıl, amma artıq mənasız görüşlər keçirirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ