"İbrahim anlaşmaları" barədə düşünün

Siyasət / Dünya

80

"İbrahim anlaşmaları" barədə düşünün
ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına İsraillə münasibətləri normallaşdırmaq barədə çağırış edib.

Pompeo Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faysal bin Fərhan Əl Səudla Vaşinqtonda keçirdiyi görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bölgədəki təhlükəsizlik məsələlərini gündəmə gətirib.

"İbrahim anlaşmaları"ndan da söz açan Pompeo həmkarına İsraillə münasibətləri bərpa etmək barədə düşünməyi təklif edib. Bununla yanaşı, Dövlət katibi Ər-Riyada silah satışı ilə bağlı proqramı dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, ötən ay İsrail Ağ Evdə BƏƏ və Bəhreynlə münasibətlərin bərpası barədə razılaşma imzalayıb.

Conflict.az