“Mən Belarus xalqını dəstəkləyirəm"

Siyasət / Dünya

47

“Mən Belarus xalqını dəstəkləyirəm"
Belarus hakimiyyəti cəmiyyətlə dialoqdan imtina etsə, bu ölkədə “Maydan”a bənzər nələrsə baş verə bilər.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Avstriya mediasına açıqlamasında deyib.

“Mən istənilən halda Belarus xalqını dəstəkləyirəm. Mənim üçün vacibdir ki, ölkə qan çanağı olmasın”, - deyə Zelenski bildirib.

Dövlət başçısı eyni zamanda Belarusda insanların ətrafına toplaşa biləcəyi lider görmədiyini də əlavə edib.

Conflict.az