Əli Cəfərovun imzatoplama kampaniyasına start verildi

Siyasət

489

Əli Cəfərovun imzatoplama kampaniyasına start verildiMasallı şəhər 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Qurban oğlu Cəfərovun imzatoplama kampaniyasına start verilib.

Bu barədə məlumatı Qaynarinfo-ya namizədin seçki qərargahının rəhbəri Şahin Ağayev verib.

Şahin Ağayevin sözlərinə görə, imzatoplama kampaniyası uğurla davam edir: "Əli Cəfərov 70 saylı seçki dairəsinin əhatə etdiyi yaşayış məskənlərində kifayət qədər tanınmış namizəddir. Ona görə də qapısını döydüyümüz hər bir evdə, hər bir küçədə bizi çox mehribanlıqla qarşılayır və Əli Cəfərovun xeyrinə həvəslə imza verirlər. Səbəb təbii ki, müdafiə etdiyimiz namizədin öz fikir və düşüncələri, sağlam əməlləri ilə daim bu insanların yanında olmasıdır. Onlar əvvəlki seçkilərdən də yaxşı tanıdıqları namizədin lehinə imza verməklə gələcəkdə bu insanları yüksək səviyyədə təmsil edə biləcək əsl millət vəkili görmək arzusunda olduqlarını bildirirlər”.

Ş.Ağayev onu da söylədi ki, yaxın günlərdə imzatoplama kampaniyasını başa çatdırıb vərəqləri DSK-ya təqdim edəcəklər və növbəti prosedurları həyata keçirməyə başlayacaqlar.