ABŞ-dan Türkiyəyə önəmli səfər

Siyasət

37

ABŞ-dan Türkiyəyə önəmli səfərABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.
Bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd olunub ki, 17 oktyabrda Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.