Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

Səhiyyə

466

Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdıSəhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tutduğu vəzifədən ayrılıb.

Bu barədə Modern.az-a M.Kazımi məlumat verib. O qeyd edib ki, işdən öz ərizəsilə ayrılıb:

“2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında könüllü fəaliyyətə başlamışdım. İndi də könüllü olaraq işdən ayrıldım”.

M.Kazımi sentyabrın 19-dan etibarən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam etdiyini açıqlayıb.