Sizin reklam burada
Sizin reklam burada

Qara ciyər xəstəlikləri

Qara ciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki, onlar uzun müddət ərzində davam etdikdə, qara ciyər sirrozu yarana bilər.

Bu xəstəliyin əsas nəticəsi isə, qara ciyər hüceyrələrinin tədricən məhv olmasıdır (ölməsidir). Bu zaman qara ciyər tədricən tələf olduğü üçün, onunla birgə insan da həlak olur.

Qara ciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermirlər. Məlum olduğu kimi, bu və ya digər orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması, adətən bizi öz sağlamlığımız barədə düşünərək, həkimə müraciət etməyə məcbur edir. Ancaq əfsuslar olsun ki, qara ciyərdə ağrı reseptorları yoxdur. Buna görə də qara ciyərdə hər hansı bir patoloji proses baş versə da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması zamanı meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ