Sizin reklam burada
Sizin reklam burada

Diabetin ikinci növünün məlum olmayan əlaməti açıqlandı

Diabetin ikinci növünün məlum olmayan əlaməti açıqlandı
Dırnaqların sarı rəngi diabetin ikinci növünün mövcudluğunu bildirə bilər.

Bu barədə “Express” nəşri yazıb.

Həkim Elizabet Salada nəşrə danışıb ki, pasiyentlərin müayinəsi zamanı həmişə onların dırnaqlarına diqqət yetirir. Tez sınma (kövrəklik), forma və rəngin dəyişikliyi bir sıra ciddi xəstəliklər, o cümlədən diabetin ikinci növünün əlaməti ola bilər.

"Dırnaqların sarı rəngi bəzi hallarda infeksiyadan bəhs edir. Diabet xəstələri onixomikoz adlandırılan göbələkşəkilli infeksiyaya daha çox meyillidirlər. Adətən bu infeksiya ayaqlara ziyan vurur. İnfeksiya dırnaqları sarımtıl və tezsınan edir", - Salada izah edib.

O, qeyd edib ki, sağlam dırnaqların rəngi çəhrayı, yastı və bərabər olmalıdır.

Həkim həmçinin xəbərdarlıq edib ki, infeksiya nəzərə çarpmayan kəsikdən sonra açıq yaraya asan şəkildə keçə bilər. Bu halda ayağı müalicəsiz amputasiyaya qədər ciddi zədə təhlükəsi gözləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ