İradəni Fədayəyə dəstək verdiyi üçün tənqid etdilər

Mədəniyyət

323

İradəni Fədayəyə dəstək verdiyi üçün tənqid etdilərMüğənni İradə İbrahimova həbsdə olan həmkarı Fədayə Laçının azad edilməsi barədə aparıcı Mirşahin Ağayevin fikirlərini İnstaqramda paylaşıb.

Axşam.az xəbər verir ki, onun paylaşımı birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ifaçını tənqid edərək, Fədayə Laçının digər məhbuslardan heç bir fərqinin olmadığını, bu səbəblə də əfv edilməsinin düzgün olmadığını bildiriblər.

İ.İbrahimova isə iradlara belə cavab verib:
İradəni Fədayəyə dəstək verdiyi üçün tənqid etdilər
“Mən siyasət nədir bilmədim,siyasətçil biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər və sairə.

Hər kəs özünün aynasıdır. Nə görürsə ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu sizin kiçik imtahanınız olsun və inşallah bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin”.