Sizin reklam burada
Sizin reklam burada

Radioda Bədii Şura yaradıldı

Radioda Bədii Şura yaradıldı“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb.
Axşam.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Belə ki, AzTV – nin sədr müavini Rəşad Nəsirov, “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlizanlı, “Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlı şuranın tərkibində yer alıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edək ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

  • Sosial şəbəkədə paylaş