“Bu sovet filminə məftun idim” – Məşhur Hollivud rejissoru

Mədəniyyət

729

“Bu sovet filminə məftun idim” – Məşhur Hollivud rejissoru“Bu sovet filminə məftun idim” – Məşhur Hollivud rejissoruHollivud rejissoru Kventin Tarantino bu gün Moskvada keçirdiyi mətbuat konfransında uşaqlıqda sovet filmi olan “Amfibiya adam”a məftun olduğunu və onu dəfələrlə seyr etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, K.Tarantino deyib:

“Mən uşaq vaxtı “Amfibiya adam” filminə dəfələrlə baxırdım, ona məftun idim. Mən onun Rusiya istehsalı olduğunu bilmirdim”.

Qeyd edək ki, rejissor çərşənbə günü premyerası olacaq “Bir dəfə... Hollivudda” filmini təqdim etmək üçün Rusiyaya gəlib.

Rejissor Vladimir Çebotaryevun və Gennadi Kazanskinin çəkdiyi “Amfibiya adam” filmi 1961-ci ildə ekranlara çıxıb. Film Aleksandr Belyayevin eyniadlı elmi-fantastik romanı əsasında çəkilib.