Könül Xasıyeva atasından danışıb, ağladı

Mədəniyyət

141

Könül Xasıyeva atasından danışıb, ağladı"Məktəbi bərbat oxumuşam. Dərsdən qaçmırdım, gərək, dərsə gedəsən ki, qaçasan. Üç məktəb dəyişmişəm".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Xanəndə uşaqlığından danışıb.

Atasını itirən Xasıyeva onun arzularını xatırlayıb və göz yaşını saxlaya bilməyib:

"Atamın narahat vaxtları idi. Şəkidəki evimiz köhnəydi. Atam dedi ki, istəyərdim, evi təmir etdirim, yeniləyim. Sağ olsun, hökümət təmir etdirdi. Dedim, birinci atamın otağını düzəldin, görsün. Atam tam hazır vəziyyətini görə bilmədi. 51 yaşım var, hələ də elə bilirəm atam qayıdacaq. Allah anama dəyməsin, yaddaşını itirib. Hərdən soruşur ki, hardadır? Yalandan deyirik ki, küçəyə çıxıb. Ən böyük arzusu konsertimə gəlmək idi. Ona kostyum da almışdım (ağlayır)".