“Diriliş Osman”ın yayımlanacağı kanal dəyişdi

Mədəniyyət

345

“Diriliş Osman”ın yayımlanacağı kanal dəyişdiTRT-in efirində rekordlar qıran “Diriliş Ərtoğrul” serialının davamı “Diriliş Osman”ın yayımlanacağı kanal bəlli olub.

Filmin rejissoru Mehmət Bozdağ “Diriliş Osman” serialının yeni mövsümdə ATV kanalında efirə gedəcəyini açıqlayıb.

“Yeni kanalımız və yeni mövsümümüzün xeyirli olmasını arzulayıram”, - deyə rejissor özünün Tvitter mikrobloqunda yazıb.

Qeyd edək ki, ekran işində Osman bəy obrazını Burak Özçivit canlandıracaq. Serialın ilk bölümünün oktyabrda nümayiş olunacağı gözlənilir.