Anası Kənanın Berendən boşanma xəbərlərinə son qoydu

Mədəniyyət

458

Anası Kənanın Berendən boşanma xəbərlərinə son qoyduAktrisa Beren Saatın 26 fevralda İnstaqram səhifəsində etdiyi paylaşım həyat yoldaşı Kenan Doğulu ilə ailə həyatının sarsıldığını ortaya çıxarmışdı.

Axşam.az xəbər verir ki, həmin andan cütlüyün boşanması ilə bağlı iddia gündəmdən düşmür. Kenan ötən gün Harbiyedə konsert verib. Tamaşaçılar arasında Doğulunun anası Serpil Doğulu da yer alıb.

Anası müğənninin şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. "Oğlumu heç vaxt tək qoymaram. Ən çox da "Bu günüm sensiz geçti" mahnısını bəyənirəm. Onu atası üçün yazıb. Bütün pop ifaçılarını sevirəm, amma o, mənim oğlumdur. Beren ilə Kenan ayrılmayıblar. Hər şey yaxşıdır. Hərəsi öz işində-gücündədir" deyərək, boşanma xəbərlərinə son qoyub.