Murad Dadaşov və Faiq Ağayevə vəzifə verildi

Mədəniyyət

461

Murad Dadaşov və Faiq Ağayevə vəzifə verildiXalq artistləri Murad Dadaşov və Faiq Ağayev ATV kanalında yaradılan Bədii Şuranın üzvü seçiliblər.

BakuPost.az xəbər verir ki, ötən gün ATV-nin Bədii Şurasının ilk iclası da keçirilib. İclasda əsaslı fikir mübadiləsi olub, yaranmış problemlərin həll yolları müzakirə edilib, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səslənib.

"Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”, - deyə Faiq Ağayev bildirib.