“Hercai” mövsüm finalı edir - Video

Mədəniyyət / Video

364

“Hercai” mövsüm finalı edir - VideoTürkiyədə və ölkəmizdə maraqla izlənilən “Hercai” serialının ilk bölümü “Youtube” 12 milyon baxış sayı toplayaraq rekorda imza atıb.

Axşam.az xəbər verir ki, üç bölümü yayımlanan ekran işi sosial mediada da ən çox danışılan mövzular arasındadır.

Ancaq qısa müddətdir ekran həyatına başlayan “Hercai” 12-ci bölümü ilə mövsüm finalı edəcək. Belə ki, Türkiyənin ATV kanalında yayımlanan serial ekran həyatına 31 mayda üç aylıq fasilə verəcək.

Qeyd edək ki, “Hercai”nin yeni mövsümü 20 sentyabrdan start götürəcək.