Sizin reklam burada
Sizin reklam burada

48 yaşlı Aygün: “Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü”

48 yaşlı Aygün: “Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü”Bu gün xalq artisti Aygün Kazımovanın doğum günündür. O, bu münasibətilə sosial media hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, təbrik yağışına tutulan sənətçi paylaşımında bu sözlərə yer verib:

“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.

Qeyd edək ki, Kazımovanın 48 yaşı tamam olur.

  • Sosial şəbəkədə paylaş