Məşhur cazmen vəfat etdi

Mədəniyyət

521

Məşhur cazmen vəfat etdiDünyaca məşhur cazmen Nensi Vilson 81 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə müğənninin meneceri Devra Hol Levi məlumat yayıb. O, Vilsonun uzun sürən xəstəlikdən sonra Kaliforniyadakı evində dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, N.Vilson 1950-ci illərdə caz-pop , 1960-1970-ci illərdə isə pop-soul ifaçısı kimi məşhurlaşmağa başlayıb.

O, 3 dəfə “Qremmi” mükafatına layiq görülüb.